13 Avqust 11:47

Digital marketing və Copywriting üzrə karyera qurmaq istəyən tələbə və ya məzunlar üçün təcrübə proqramı

SortOffer  digital marketinqin bir üst mərhələsində fəaliyyət göstərən veb təşkilatdır. Digital marketing (SMM, SEO, Email marketing, classifieds) və Copywriting üzrə karyera qurmaq istəyən tələbə və ya məzunlara SortOffer real təcrübə qazanmaq və öyrənmək imkanı yaratmağa hazırdır.
SortOffer sizə təklif edir:
· Digital Marketing sahəsində real təcrübə
· Sərbəst qrafiklə distant iş imkanı
· Pulsuz treyninq (SMM, Copywriting və digər internet marketing üsullarını öyrənmək imkanı).
· Təcrübə müddətini uğurla bitirdikdə sertifikat.
Tələblər:
· Universitet tələbəsi və ya məzunu olmaq
· Ən azı orta səviyyədə ingilis /rus dili (ingilis və rus dilini yazılı yüksək səviyyədə bilmək üstünlükdür)
· İnternet marketing haqqında baza bilikləri arzuolunandır
· Mövcud saytların reklamlarını analiz etməyə həvəsli olmaq
Vəzifə öhdəlikləri:
· Müxtəlif kateqoriyalardan olan mövcud saytlarda xüsusi təklifləri analiz etmək və ən uyğunlarını seçib SortOffer-in müvafiq səhifələrində yerləşdirmək
· SortOffer-in daxili qaydalarına uyğun reklamları yazmaq
· Axtarış sistemləri, sosial media (facebook, instagram və s.) və müvafiq elanlar saytında müxtəlif kateqoriya/subkateqoriyalar üçün SortOffer-in uyğun elanlarını yerləşdirmək
Maraqlananlar CV-lərini [email protected] eleketron ünvanına göndərə bilərlər.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)