Digital Marketinq mütəxəssisi vakansiyası

Digital Marketinq mütəxəssisi

Namizədə olan tələblər:

• Uyğun vəzifə üzrə minimum 2 il iş təcrübəsi
• Analitik və sistematik düşüncə tərzi;
• Detallara işləmək bacarığı
• Sosial media Ads üzrə praktiki təcrübə;
• Google Ads və Google Analytics üzrə praktiki təcrübə;

Vəzifə üzrə öhdəliklər:

• Şirkətin Facebook, Adwords reklamlarını yaratmaq, doğru optimizasiyalar edərək reklamın effektivliyini artırmaq.
• Şirkətin e-ticarət platformalarının idarə olunması, e-ticarət kampaniyalarının təşkil olunması, online satışın artırılması üçün marketinq fəaliyyətlərin həyata keçirilməsi
• Əldə olunmuş məlumat əsasında nəticə və təklif formalaşdırmaq. Mövcud datanın necə istifadə olunmasına dair təkliflər hazırlamaq
• Böyük həcmli məlumatların emalı;
• Trafikin, kampaniyaların, elanların, açar sözlərin və auditoriyanın effektivliyinin sistematik analizi;
• Keyfiyyətli auditoriyaların cəlb olunması üçün daima yeni kanalların axtarışı və yeni ideyaların təklifi;
• Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;
• Hesabatların tərtibi, analizi və avtomatlaşdırılması;
• A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı razılaşma əsasında

Vakansiyaya müraciət üçün CV-ləri “Digital Marketinq mütəxəssisi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button