29 Mart 13:28

Digital Transformation In Financial Services

ATL Tech “Expertech” adı altında “tech meetup”lar silsiləsinə start verir!

Mövzu: Maliyyə Xidmətlərinin Rəqəmsallaşması
Host: Vurğun Hacıyev, ATL Tech, Baş Texniki Direktor

Spiker: Rəşad Fərəcullayev, Pasha Bank, Proqram Təminatı Memarı

Proqram təminatı səhəsində 17 ildən çox təcrübəyə və Ph.D elmi dərəcəsinə malik Rəşad Fərəcullayevin ölkəmizin ən iri müəssisələrdə müxtəlif texnalogiya sistemlərinin yaradılmasında, inkişafında və bank xidmətlərinin rəqəmsallaşmasında önəmli rolu olmuşdur. Telekommunikasiya və maliyyə sektorunda kritik sistemlərin memarı olmuş Rəşad bəy eyni zamanda PaşaBank ASC-nin “Digital Lab”ında bulud texnologiyasının tətbiqi və infrastrukturunun inkişafında yaxından iştirak etmişdir.

Mövzuya və müzakirəyə maraqlı olan hər bir kəsi bizə qoşulmağa dəvət edirik!

🗓Tarix: 5 aprel
⏰Başlama saatı: 19:30
📍Ünvan: Innoland İnkubasiya və Akselerasiya Mərkəzi (Bakı, Atatürk prospekti, 89)
📞Əlaqə: +994 12 210 00 99

🆓İştirak ödənişsizdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)