24 Avqust 16:07

Digital Youth Hub layihəsinə qeydiyyat başladı!

Digital Youth Hub layihəsinə qeydiyyat başladı!

Rəqəmsal marketinqə həvəsi və bacarığı olan gəncləri 3 ay davam edəcək marafona gözləyirik. Layihə ərzində gənclərin rəqamsal marketinq üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilməsi nəzərdə tutulmuşdur.
Proqram ərzində iştirakçılara rəqəmsal marketinqlə bağlı peşəkarlar tərəfindən təlimlər keçiriləcək, təlimləri uğurla başa vuran namizədlər ölkənin aparıcı dövlət və biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcək və sonda öyrəndikləri əsasında dijital kampaniyalar keçirəcəklər. Layihə iştirakçıları qeydiyyat və müsahibə mərhələlərinin nəticələrinə əsasən seçiləcək.

Layihədə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
https://digiyouth.az/qeydiyyat/

Qeydiyyat üçün son tarix: 10.09.2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)