DİM imtahanların məzmunu ilə bağlı materialların hazırlanması və ekspertizasında ekspert kimi iştirak etmək istəyənlər üçün qeydiyyatı elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun olaraq keçirilmiş sınaq imtahanlarında istifadə olunmuş tapşırıqların müvafiq fənlər üzrə işçi qruplarında elmi-metodik təhlili aparılıb. Sınaq imtahanlarının nəticələrinin statistik göstəriciləri əsasında hər bir tapşırığın qəbul proqramlarına, dərsliklərə və müvafiq fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu təhlil olunub. İşçi qruplarının iclaslarına DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də dəvət edilib. Aparılmış təhlil tapşırıqların fənn kurikulumlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğunu bir daha təsdiq edib. Təhlil zamanı bildirilmiş qeyd və təkliflər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin dəvət olunmuş şəxslərə testologiya və müvafiq fənn kurikulumunun mahiyyəti, strukturu, təlim nəticələri və elmi-metodiki monitorinqin aparılması meyarları haqqında məlumat verilib. Dərsliklərin monitorinqinin aparılmasındaməzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu və s. məsələlərin əsas meyarlarolması qeyd edilib. Sonra onlara ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərin monitorinqinin aparılması ilə bağlı tapşırıq verilib. Məlumat üçün bildiririk ki, imtahanların məzmunu ilə bağlı materialların hazırlanması, ekspertizası və ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərin monitorinqində ekspert kimi iştirak etmək istəyənlər üçün elektron qeydiyyat açıqdır. Qeydiyyatdan keçmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalı,bu keçiddənistifadə etməklə, “Şəxsi vərəq”i doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyat zamanı “Şəxsi vərəq”in təsdiq edilməsində çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1524) telefon nömrəsinə zəng edə vəDİM-in Regional Bölmələriilə əlaqə saxlaya bilərlər. Aşağıda göstərilən tələblərə cavab verənlər qeydiyyatdan keçə bilərlər. Ümumi tələblər 1. Ali təhsil; 2. Təhsil sahəsində və peşəkar fəaliyyətində ən az 3 illik staj; 3. Ölkənin təhsil sistemində müxtəlif təhsil pillələri üzrə tətbiq edilən kurikulumlar və qiymətləndirmə konsepsiyası haqqında məlumatlılıq; 4. Təhsildə Milli və Beynəlxalq qiymətləndirmə haqqında məlumatlılıq; 5. Məlumat toplamaq, analitik təhlil aparmaq, sistemləşdirmək, proqnozlaşdırmaq, diqqətli olmaq və nəticə çıxarmaq bacarıqları; 6. Obyektivlik və prinsipiallıq; 7. Məsuliyyətlilik, dürüstlük, komandada işləmə bacarığı, təmkinlilik keyfiyyətləri; 8. MS Windows əməliyyat sistemi, MS Office paketinə daxil olan proqramlar və internet xidmətləri (istifadəçi səviyyəsində) haqqında məlumatlılıq . Bakalavriat üzrə: 1. Buraxılış və qəbul imtahanları fənlərinin biri üzrə ali təhsil; 2.Ümumi təhsil sahəsi üzrə fəaliyyət; 3.“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədi haqqında məlumatlılıq; 4.Müvafiq fənn kurikulumunun strukturu, məzmunu və təlim nəticələri haqqında məlumatlılıq; 5.Yoxlama-ölçmə materiallarının hazırlanması məqsədilə, “klassik və müasir test nəzəriyyəsi” haqqında məlumatlılıq; 6.İmtahanlarda bilik və bacarıqların qiymətləndirilməsində istifadə edilən müxtəlif formalı (qapalı, cavabı kodlaşdırılan açıq, cavabı yazı ilə ifadə olunan açıq) tapşırıqlar haqqında məlumatlılıq; 7.Test tapşırıqlarının tərtibi və ekspertizası ilə bağlı ilkin təsəvvürlərin olması; 8.Yoxlama-ölçmə materiallarının tədris aparılan digər dillərə (rus, gürcü, ingilis) tərcümə bacarığı. Dərsliklərin elmi-metodiki monitorinqi üzrə: 1.Ölkədə tətbiq edilən dərslik siyasəti, dərsliklərin hazırlanması qaydaları və dərsliklərin qiymətləndirilməsi meyarları haqqında məlumatlılıq; 2.Dərsliklərin elmi-metodiki monitorinqinin aparılması qaydaları və meyarları haqqında məlumatlılıq; 3.Müvafiq fənn kurikulumunun məzmunu, strukturu (məzmun xətləri, standartlar) və təlim nəticələri haqqında məlumatlılıq; 4.Müvafiq fənn üzrə ümumtəhsil müəssisələrində qüvvədə olan dərslik komplektlərinin məzmunu haqqında məlumatlılıq; 5.Dərsiklərdəki təlim materiallarının fənn kurikulumuna görə məzmun xətləri, alt standartların tələbləri və təlim nəticələrinə uyğunluğu haqqında məlumatlılıq; 6.Azərbaycan (və ya rus) dilində (tərcüməçi və tərcümənin eksperti kimi cəlb olunanlar üçün hər iki dildə) fikrini səlis ifadə etmə və kifayət qədər qrammatik normalara əməl etməklə yazma qabiliyyəti; 7.Verdiyi rəyə görə məsuliyyət daşımaq. Magistratura üzrə: 1.Müvafiq sahə üzrə ali təhsil; 2.Azərbaycan (və ya rus) dilində (tərcüməçi və tərcümənin eksperti kimi cəlb olunanlar üçün hər iki dildə) fikrini səlis ifadə etmə və kifayət qədər qrammatik normalara əməl etməklə yazma qabiliyyəti; 3.Müvafiq sahə üzrə elmi və ya elmi-pedaqoji təcrübə; 4.Test tapşırıqlarının tərtibi və ekspertizası ilə bağlı ilkin təsəvvürlərin olması; 5.Cari ildə qəbul imtahanına hazırlaşan yaxın qohumunun olmaması. Rezidentura üzrə: 1.Əsas (baza ali) tibb təhsilinə malik olmalıdırlar; 2.Baza fənləri üzrə bu fənləri tədris edənlər (və ya nə zamansa tədris etmişlər), eləcə də praktik həkimlər də test tapşırığını tərtib və tərcümə edə bilərlər, ekspertizada isə yalnız baza fənlərini tədris edənlər (və ya nə zamansa tədris etmişlər) iştirak edə bilərlər; 3.İxtisas fənləri üzrə həm test tərtibində və tərcüməsində, həm də ekspertizada bu fənləri tədris edənlər (və ya nə zamansa tədris etmişlər), eləcə də praktik həkimlər iştirak edə bilərlər; 4.Testlərin tərtibi və tərcüməsi yalnız DİM-də aparılır. Dövlət qulluğuna işə qəbul (və ya sertifikat alınması)imtahanları üzrə: 1. Müvafiq sahə üzrə ali təhsil; 2. Azərbaycan dilində fikrini səlis ifadə etmə və kifayət qədər qrammatik normalara əməl etməklə yazı qabiliyyəti; 3. Müvafiq sahə üzrə elmi və ya elmi-pedaqoji (xüsusi hallarda istehsalat və ya iş) təcrübəsi; 4. Test tapşırıqlarının tərtibi və ekspertizası ilə bağlı ilkin təsəvvürlərinin olması. Qeyd: Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərə müvafiq şöbənin əməkdaşları tərəfindən test tərtibi və ekspertizası ilə bağlı təlimat verilir (treninq keçirilir), daha sonra onlar sınaq məqsədi ilə praktiki olaraq test materiallarının işlənilməsi işinə cəlb edilirlər (az sayda test tapşırıqları tərtib etmələri üçün onlara sifariş verilir və (və ya) az sayda test tapşırıqlarının ekspertizasına cəlb edilirlər). İşi təqdir olunan namizədlərlə müntəzəm əməkdaşlığa başlanılır. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az