Diqqət! “Fransada təhsil” layihəsinə sənəd qəbulunun müddəti uzadıldı

“TOTAL” şirkəti ilə əməkdaşlıq çərçivəsində Fransada təhsil proqramına sənəd qəbulunun müddəti 29.01.2016-ci il tarixinədək uzadıldı.Bu proqram çərçivəsində tələbələr Fransada həm ingilis, həm də fransız dilində təhsil almaq hüququna malikdirlər. Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistratura pilləsində təhsil alan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

  • Geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  • Neft – qaz mühəndisliyi (istismar, qazma və sairə)
  • Kimya mühəndisliyi
  • Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
  • Elektroenergetika mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Kompüter mühəndisliyi (elmləri)
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (neft-qaz hasilatı və emalı sənayesi üzrə)

Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlər və suallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
Qeydlər:
1. Müsabiqədə yalnız 29 yaşa qədər olan gənclər iştirak edə bilər.
2. İngilis dilində təhsil almaq üçün müraciət edən namizədlər İELTS (min. 6.0 bal) və yaxud TOEFL  (min. 80 bal) sertifikatına malik olmalıdır.
3. Fransız dilində təhsil almaq üçün müraciət edən namizədlər isə TCF və yaxud DELF üzrə minimum B1 səviyyəsini göstərən sertifikata malik olmalıdır.

Rəylər

rəy(lər)