Araz Supermarketlərşəbəkəsi“Direktor köməkçisi”vakansiyası üzrə işə qəbul elan edir! Tələblər : -Ali təhsil; -İş təcrübəsi müvafiq sahədə ən azı 2 il; -Yüksək səviyyədə MS Office bilikləri; -Dil bilikləri ( Rus, İngilis dili səlis); -Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı; -Komandada işləmə, ünsiyyət bacarıqlarının olması. Vəzifə öhdəlikləri : -Rəhbərin qəbulunda olmaq üçün müraciət edən şirkət əməkdaşlarının, iş adamlarının, qonaqların qeydiyyatını aparmaq və direktorun qəbul cədvəlini hazırlamaq; - Şirkət rəhbərliyinə ünvanlanmış bütün sənədlərlə tanış olub, icrası aid olan aidiyyatı struktur bölmə rəhbərinə yönləndirmək; -Tələblərə cavab verən sənədləri vaxtlı-vaxtında rəhbərə çatdırmaq; - Rəhbərin ölkədə və ya xaricdə keçiriləcək seminarlara, treninqlərə, s�
�rgilərə və ya hər hansı bir toplantıya dəvətnamə və şifahi dəvət olunduğu barədə dəqiq məlumat toplamaq, təhlil etmək və nəticələr barədə rəhbəri məlumatlandırmaq; - Rəhbərə lazım olan müvafiq məlumatların operativ olaraq aidiyyatı struktur bölmələrindən toplanmasınıtəşkil edib bu sənədləri vaxtında rəhbərliyə təqdim etmək; -Görüş təyin olunmuş qonaqlar və əməkdaşlara əvvəlcədən müvafiq qaydalar (reqlament) barədə məlumat vermək və ona riayət etmələrini xahiş etmək. Təminatlar: - Nahar ilə təmin edilmə; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 5 günlük iş qrafiki; - Servis xidməti. Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Direktor köməkçisi” adını mövzu hissəsində qeyd etməklə Cv formalarını[email protected]elektron poçt ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb