7 Oktyabr 12:30

Direktor köməkçisi vakansiyası

Vəzifə: Direktor köməkçisi

İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs.
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;

Təhsil: Ali təhsil( Müvafiq Logistik təqdimatlar hazırlamaq və Logistika ilə bağlı işlərin izlənilməsi üçün Sənayə mühəndisi məzunlarına üstünlük verilir)
Yaş həddi: 22-29

İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

– Rəhbərin iştirakı edəcəyi toplantılarda iştirak edərək müvafiq təqdimatların aparılması;
– Logistik anbarda olan işlərin təqib edilərək rəhbər ilə müzakirə olunması;
– Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
– Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
– Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

– Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– Planlama qabiliyyəti;
– Yüksək təşkilatçılıq bacarığı;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– 6 günlük iş qrafiki;
– Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Direktor köməkçisi Edumap.az” yazmaqla müraciət edilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)