“Direktor köməkçisi” vakansiyası

AT GEOTECH QSC “Direktor köməkçisi” vakansiyasını açıq elan edir

Tələblər:

Namizəd: Xanım
– Təhsil: Ali (bakalavr)
– Bu sahədə iş təcrübəsi mütləqdir
– Ofis proqramları: Word, Excel, Outlook
– Ofis avadanlıqları ilə işləmək bacarığı
– İşgüzar münasibət etikası
– Dil bilikləri: rus, ingilis (danışıq səviyyəsi)

Vəzifələr:

– Birbaşa rəhbərliyin verdiyi tapşırıqları icra etmək
– İclasların və müşavirələrin təşkili
– Məlumatların konfedensiallığını qorumaq
– Qonaqların qarşılanması və servisi
– Gündəlik görüləcək işlərin planlaşdırılması, görüşlərin təşkili, şöbələrə aid verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və hesabatını aparmaq
– Rəhbərliyin tapşırıqlarını aktiv şəkildə təyinatı üzrə yönləndirmək və məruzə etmək
– İşlərin təlimatlara uyğun qaydada təşkili və icrası

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi
• İş saatı: 09:00 – 18:00, şənbə yarım gün
• İş yeri: Xırdalan şəhəri
• Əmək Haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

QEYD: Müsahibədən öncə imtahan mərhələsi olacaqdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində «Direktor köməkçisi » qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button