Direktor köməkçisi vakansiyası

Direktor köməkçisi PA işvar

Veysəloğlu Şirkətlər Qrupu Direktor köməkçisi vakansiyasını elan edir.

Biz Sizə sürətlə böyüyən Şirkətlər Qrupunda dinamik iş mühitində perspektivli iş təklif edirik.

Işin təsviri:
– Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
– Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
– Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.).
– İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
– Şirkətin direktorunun gündəliyinin hazırlanması.

Tələblər:
– Yüksək səviyyədə təqdimat bacarığı;
– MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı (Xüsusilə Excel biliyinin yüksək olanlara üstünlük verilir;
– Yüksək qavrama və öyrənmə qabiliyyəti;
– Azərbaycan dili, rus dili və ingilis dili (İngilis və rus dili yüksək səviyyədə);
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Direktor köməkçisi” yazmaqla öz CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Related Articles