Direktor köməkçisi  vakansiyası

Direktor köməkçisi
Sizə sürətlə böyüyən Veysəloğlu Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

İşin təsviri:
– Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
– Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
– Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
– İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
– Şirkətin direktorunun gündəliyinin hazırlanması.

Tələblər:
– Yüksək səviyyədə təqdimat bacarığı;
– MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı (xüsusilə Excel biliyi yüksək olanlara üstünlük verilir);
– Yüksək qavrama və öyrənmə qabiliyyəti;
– Azərbaycan və ingilis dili biliyi;
– İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.

Karyerasına bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Direktor köməkçisi” yazmaqla [email protected] ünvanına CV göndərə bilərlər.

Related Articles