Dispetçer işi üzrə mütəxəssis vakansiyası
Veysəloğlu Şirkətlər Qrupu Dispetçer işi üzrə mütəxəssis vakansiyası elan edir!
Vəzifə: Dispetçer
İş yeri: Bakı şəhəri, Abşeron rayonu, Məhəmmədi kəndi
İşin Təsviri: Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və həyata keçirilməsi işinin təşkili.
Vəzifə öhdəlikləri:
Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
Optimal marşrut xətlərinin hazırlanması;
Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək.
Tələblər:
MS Office proqramlarını bilməli;
Avtomaşınların texniki xarakteristikasını bilməli;
Texnikanın istismarı normativini bilməli;
Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli;
Nəqliyyat və Logistika sahəsində ali təhsillilərə üstünlük verilir.
Müraciət qaydaları: [email protected] elektron poşt ünvanına mövzu hissədə vəzifə adını – “dispetçer edumap.az” yazmaqla müraciət edilir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.