DİV 1.0 – Ödənişsiz Layihə

Sən tələbəsən, gəncsən. “Diplom” deyilən sənədə görə 4 ilini, bəlkədə ömrünün ən gözəl illərini sərf edirsən.
Bilirəm, istəyirsən ki, gələcəkdə yaxşı iş sahibi olasan, evin-eşiyin, maşının olsun.
Təəssüf ki, hamımız bildiyi kimi, “diplom” bunların heç birinə zəmanət vermir.
Lakin əgər sən həqiqətən müvəffəqiyyətli və xoşbəxt olmaq niyyətindəsənsə – Səni heç kəs və heçnə dayandıra bilməz!
Dayanma, axtar, kəşf et və inkişaf et! İnkişaf et ki, xəyalların reallaşsın.

Bu layihəni təşkil etməkdə məqsədimiz sən və sənin kimi gənclərə xəyallarını gerçəkləşdirməyə yardım etməkdir.

Unutma ki, hər şey özündən asılıdır. Həyatda daima seçim etməli olursan. Bu seçimlər Sənə məxsusdur. Düzgün seçimlər et. “Mütləq gəl!” demirəm, öz seçimindi. Sadəcə düzgün seçim et 😉

Layihə boyunca intensiv təlimlər, praktiki məşğələlər və oyunlar vasitəsi ilə karyeranda və həyatında gərəkli olan 4 vacib bacarığa yiyələnəcəksən. Sonda isə “Examination Day”-də iştirak edib, biliklərini yoxlayacaqsan.

Layihə 4 moduldan ibarətdir:
• Time management skills
(2 sessiya – 4 saat )
• Communication skills
(4 sessiya – 8 saat )
• Presentation skills
( 2 sessiya – 4 saat )
• Team building and problem solving skills
( 2 sessiya – 4 saat )
• Examination Day

Layihə 4 həftə ərzində davam edəcək. Hər təlim bir neçə sessiyadan ibarət olacaq.
Layihə çərçivəsində bütün təlimlərdə iştirak etsən “İştirak sertifikatı” alacaqsan.
Əgər təlimlərdə fəal olsan və “Examination Day”də yüksək nəticə göstərsən, Səni fərqləndirəcək “Müvəffəqiyyət Sertifikatı” alacaqsan.

Gələcəyinə investisiya etmək istəyirsən? Bunun üçün pul lazım deyil** 🙂
Buyur, qeydiyyattan keç
https://goo.gl/forms/Xhkpj3TrMiWAbdtA2

Daha sonra isə öz CV-ni [email protected] göndər, zəhmət olmazsa.

*Layihə tamamilə ÖDƏNİŞSİZDİR.
**Layihə yalnız I – IV kurs “Bakalavr” tələbələri üçün nəzərdə tutulmuşdur.

Son qeydiyyat tarixi: 15 sentyabr, saat 12:00.

Təşkilatçı: Business Club Azerbaijan
Business Club Azerbaijan gənclərin real fərdi inkişafında onlara dəstək olmaq məqsədi daşıyan və fəaliyyətini bu istiqamətdə təşkil edən qurumdur.

Əlaqə: (050) 710 01 55

Bir cavab yazın

Back to top button