8 Noyabr 16:51

Dizayner olmaq istəyənlər hansı kurslarda iştirak etməlidirlər

Dizayner olmaq istəyənlər hansı kurslarda iştirak etməlidirlər

Hal-hazırda texnologiya dövrünə keçəndən sonra, dizaynerlik vacib ixtisaslardan biri olmağa başladı.Xüsusi ilə də böyük-kiçik fərq etmədən, bütün şirkətlər, qurumlar rəqabətə davamlı olmaq üçün, hər firma özünü kənarda daha yaxşı təmsil etmək üçün dizaynerlərin köməyindən istifadə edirlər. Bunları nəzərə alaraq, dizaynerlərin özlərini inkişaf etdirmələri və həmişə bir addım əvvəli düşünmələri vacib bir məsələyə çevrildi.

Əvvəllər qurumlar üçün sadəcə Corel və Photoshop istifadə etməyi yaxşı bilən dizaynerlər kifayət edirdi, indi isə dizaynerlərdən bir çox başqa sahələrdə də inkişaf etmələri tələb olundu.

Qrafik Dizayn Təhsili

Bəs, indi dizaynerlərimizin ən çox hansı proqramları bilmələri tələb olunur? Dizaynerlər hansı proqramların təlimini almalı ya da hansı kurslara qatılmalıdırlar? Gəlin bərabər araşdıraq.

Qrafik Dizayn işlərinə başlayarkən hər dizaynerin mütləq bilməsi vacib olan proqram  əlbəttə ki, Photoshop proqramıdır. Coreldraw proqramı da bilinməsi lazım olan proqramların siyahısına əlavə olunmalıdır, ancaq bu iki proqramla görülən işlər eyni olduğu üçün, dizaynerlərin yeni və son versiya olan Photoshop proqramının kursunu alması vacibdir. Texnologiyanın inkişaf edən vaxtında Photoshop proqramının toxunmadığı bir dizayn tapmaq hardasa imkansızdır.

Bir digər öyrənilməsi lazım olan əsas proqram isə Adobe Illustrator proqramıdır.Başlanğıcda iki ölçülü, vektor çəkimlər üçün istifadə olunan bu proqram da dizaynerlərin əsas proqramlarındandır. Hər şeydən əvvəl bu proqram, vektor hazırlanmasında interfeysi ən istifadəcil olan və ən detaylı proqramdır. Bu proqram 2D çəkimlər üçün olsa da bir çox 3D xüsusiyyətlərini özündə daşıyır. Bundan başqa Photoshop istifadə edənlərin rahatlıqla uyğunlaşdığı interfeysi karikatura çəkməyə imkan verərək xəyal gücünü və yaradıcılığını artırır.

Öyrəniləbiləcək bir digər proqram təhsili isə Adobe InDesign proqramıdır. Bəzi qrafik dizaynerlər Freehand proqramı ilə davam etsədə, zamanla ayaqlaşmaq üçün Adobe InDesign proqramını öyrənmək artıq şərt oldu. Menyularının çox qarışıq olmadığı, öyrənmək və istifadə etmək baxımından sürətlə öyrənilən bu proqramın digər dizayn effektləri də uğurludur. Xüsusilədə hal-hazırda dizaynın nə qədər vacib olduğunu düşünürsək, hər qrafik dizayner bu proqramı istifadə etməyi öyrənməlidir.

Yaxşı bir dizayner olmaq üçün öyrənilməsi vacib olan bir proqram da Adobe Flash proqramıdır. Bu proqram dizaynlarınıza dinamiklik qatacaq və dizaynlarınızı daha diqqət çəkici formaya salmağınıza kömək edəcək. Xüsusilə firmalar üçün ya da bir marka üçün hazırladığınız veb saytlarında bu proqramla rahatlıqla hazırlayacağınız animasyalara yer verə bilərsiniz. Beləliklə veb saytları çox daha diqqət çəkici və yadda qalıcı olacaqdır. Bundan başqa fərqli proqramlaşdırma dilləri də öyrənib, bu dillərlə bu proqramı inkişaf etdirərək ortaya daha keyfiyyətli işlər çıxara bilərsiniz.

Sonda isə, texnologiyanın getdikcə inkişafını və insanların gözləntilərinin artdığı bir zamanda, bir qrafik dizaynerin 3D dizayn və modelləmə təhsili almış olması avantajdır. 3D animasya hazırlayanlar şirkətlərin maskotlarının hazırlanmasında ya da reklam filmlərinin mənasını gücləndirmək üçün bu filmlərdə 3 ölçülü danışan maskotlar hazırlamalarına şərait yaradırlar. Bu tərz tətbiqlər insanlar tərəfindən diqqət çəkici qəbul edildiyi üçün şirkətlər tərəfindən də üstünlük təşkil edir. Bir dizaynerin bu dizaynları necə edəcəyini bilməsi və bu mövzuda qabiliyyətlərini inkişaf etdirməsi, yeni işlərin əldə edilməsinə şərait yaradır.

Ancaq unutmamaq lazımdır ki, istiqamətləndiyiniz sahəyə görə dizaynerlərin öyrənməsi lazım olan proqramlar seçilməlidir.

Əgər sizdə dizayner olmaq istəyirsinizsə, STEP Kompüter Akademiyasının  “Kompüter qrafikası və dizayn” ixtisasına yazıla bilərsiniz. Kursla bağlı ətraflı məlumat üçün itstep.az veb saytına daxil ola bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)