30 Oktyabr 16:41

“DOĞMA  DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Nəsimi ili” çərçivəsində ənənəvi  “DOĞMA  DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

 

Müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərininin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, eyni zamanda şagirdləri əhatə edən təbii mühiti, onların vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil olunur.

 

     Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəkiDOĞMA  DİYARafişasına toxunmaqla və ya  http://xsm.az/site/doqmadiyar/  linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

 

  • Qeydiyyat 2019-cu il dekabr ayının 7-dək aparılacaq.
  • Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
  • Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Öncə sərgilənməmiş – yeni əsərlər görmək istərdik.
  • Unutmayın ki, bu bir  məşğuliyyət  növüdür!
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

 

Mükafatlandırma fondu

  • Ən fəal 1 tədris müəssəsinin kollektiv sərgisi
  • Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq

 

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)