14 Noyabr 16:10

“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon                       İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi,                                                        Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə                “Azərbaycan Xalq   Cümhuriyyəti   İli”  çərçivəsində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsini elan olunur.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  keçirilən müsabiqədə  17 yaşına qədər uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini,mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının  obrazlarını  və s. öz  duyğuları  ilə  tablolarında  əks  etdirməlidir.

İştirakçı ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  qeyd etməklə ən çoxu 3 işinin fotosunu

2018-ci il noyabr ayının 30-nadək Xətai Sənət Mərkəzinin whatsapp nömrəsinə                            051 310 74 01 göndərməlidir.

 

  • Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaş qədər və 12-17 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl işlərinə  kənar  müdaxilənin  (müəllimlərin,  valideynlərin)  olmamasını  və   yeni   yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu  edirik.
  • Unutmayın ki, bu bir  məşğuliyyət  növüdür!
  • I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
  • Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal məktəblər tədris mərkəzləri təşəkkürnamə ilə mükafatlandırılacaq. Həmçinin müxtəlif təşkilatların müxtəlif nominasiyalar üzrə  mükafatları  olacaq.

 

  • Milli mövzu – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  • Müasirliyin təbliği – AzTv
  • Vətənpərvərlik mövzusu – Xətai Rayon İcra Hakimiyyəti
  • Ən yaxşı mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı
  • Ən yaxşı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası
  • Ən balaca iştirakçıya – 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi
  • Ən yaxşı rəng duyumu – Xətai Sənət Mərkəzi
  • Sərbəst fikir ifadə etdiyinə görə – “Sənətşünaslığın Təbliği” İctimai Birliyi
  • Ən yaxşı etüdə görə – “Yeni Gallery” Qalereyası

 

Sərgi  Xətai Sənət Mərkəzində  keçiriləcək  eyni zamanda  virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.

Ən yaxşı 20 əsər ilin sonunda Muzey mərkəzində keçiriləcək Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə təmsil olunacaq və o sərgidə təmsil olma diplomu alacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)