Bazar, 1 İyun, 2025

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı keçiriləcək


  • Dərc edildi: 8 İyun, 2021 - 08:26
Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı keçiriləcək

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının iyunun 20 də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır. Bu barədəAZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 2019-cu il 13 noyabr tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi iyunun 7-dən 13-dək 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir. Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılmış ali təhsil müəssisələrinə, elmi

müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər DİM-in internet saytında “Şəxsi kabinet" yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan (link iyunun 7-dən etibarən aktiv ediləcək) keçməlidirlər. İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra onun pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir. Xarici dil seçiminə qoyulan tələblərləDövlət İmtahan Mərkəzininsaytında tanış olmaq mümkündür.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 121
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 175
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...