11 Oktyabr 12:45

DokuBakuLab-ın Restart School ilə birgə keçirdiyi sənədli film yaradıcılığı təlimi

DokuBakuLab-ın Restart School ilə birgə keçirdiyi sənədli film yaradıcılığı təlimi

DokuBaku BSFF Azərbaycandan olan iştirakçıların öz sənədli filmlərinin ən yüksək bacarıqlarla çəkilə bilinməsi üçün təcrübəli təlimçilər tərəfindən aparılacaq bir aylıq intensiv proqramın müraciət formasını elan etməkdən çox məmnundur.

TƏLİM PROQRAMI

Təlim 11 Noyabr – 06 Dekabr 2019-cu il tarixləri arasında, Bakıda keçiriləcək. Təlimdə iştirak pulsuzdur və tamamilə ingilis dilində keçiriləcək.

Proqram üç hissədən ibarət olacaq:

1. 11-15 Noyabr Igor Bezinović ilə rejissorluq və təhkiyyə üzrə nəzəri və praktiki dərslər;

2. İndividual çəkiliş həftəsi;

3. Son hissə – redaktə – final işin dərc olunması. 2-6 Dekabr, 2019 tarixlərində iştirakçılar Hrvoslava Brkušić ilə ikinci hissədə çəkdikləri videomaterialları redaktə edəcək.

Təlimçilər haqqında məlumat

DokuBakuLab DokuBaku BSFF və Restart tərəfindən təşkil olunur.

Restart yaradıcı sənədli filmlərinin istehaslı, öyrədilməsi, yayılması və nümayişi ilə məşğuldur.

2014-cü ildən Restart bədii filmlərin də istehsalına başlayıb.

2007-ci ildə Restartın əsası qoyulub və orada gənc film ekspertləri çalışırlar. Bizim filmlərimiz Hot Docs (Toronto, Kanada), Karlovı Varı (Çexiya), Rotterdam Film Festival (Niderlan), Fid Marseille (Fransa), Zurich Film Festival (İsveçrə) və DOK Leipzig-də (Almaniya) proqramın bir hissəsi kimi nümayiş olunub.

Restartın bir neçə film layihələri – sənədli və bədii filmlər istehsalı, sənədli filmlərin yayımı, sənədli film sahəsində təhsil proqramları və sənədli film nümayişləri – var.

Təlimlər uzun illərdir sənədli təhkiyyəçiliklə məşğul olan iki təlimçi tərəfindən keçiriləcək.

Bu təlimçilər rejissor və təhkiyyəçi Igor Bezinović və film montajçısı və media mütəxəssisi Hrvoslava Brkušić tərəfində aparılacaq.

Igor Bezinović 1983-cü ildə Rijekada dünyaya gəlib. O, Zagrebdə Dramaturji İncəsənət Akademiyasını Film və Televiziya rejissorluğu və həmçinin Sosial və Humanitar Elmlər fakültəsinin fəlsəfə, sosioloqiya və müqayisəli ədəbiyyat ixtisası üzrə təhsil alıb.

O, tammetrajlı bədii “Qısa ekskursiya” və tammetrajlı “Blokada” adlı sənədli filmlər daxil olmaqla yüzlərlə qısa filmin müəllifidir.

1982-ci ildə doğulan Hrvoslava Zaqreb Dramaturji İncəsənət Akademiyasının film montajı üzrə bakalavr təhsili alıb və hal-hazırda Zaqreb Təsviri İncəsənət Akademiyasının animasiya və yeni media fakültəsinin magistr dərəcəsi üzrə təhsilini davam etdirir.

Film montajçısı kimi o, bir çox sənədli, bədii və eksperimental filmlərə töhvə verib.

Buna misal olaraq, Igor Bezinovicin pulsuz təhsiz üçün mübarizə aparıb etiraz edən tələbələr haqqındaki “Blokada” adlı sənədli film və eyni müəllifin Venesiya memarlıq Bianalı, Pula qrupu əməkdaşlığı çərçivəsində hazırladığı “Vasitəsiz demokratiya vasitəsiz məkan tələb edir” adlı video işini göstərə bilərik.

Müraciətçi üçün tələblər:

 

  • ingilis dilində özünü ifadə etmək bacarığı
  • çəkiliş və montaj üçün öz avadanlıqlarının olması
  • film çəkilişi təcrübəsi
  • qısa film ideyası (10 dəqiqəyə qədər)
  • təlimin bütün günlərində iştirak edə bilməsi

 

Müraciət üçün MÜRACİƏT FORMASINI 30 Oktyabr 2019 tarixindən gec olmadan doldurmağınız xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)