“Dostluq Kuboku” Tələbələrarası İntellektual Çempionat

Diqqət! Diqqət!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin nəzərinə!

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinin təşkilatçılığı, “Azərbaycan İntellektual Oyunlar Klubunun” və “Reduco” Təhsil Mərkəzinin tərəfdaşlığı ilə 05-13 mart tarixlarində baş tutacaq “Dostluq Kuboku” Tələbələrarası İntellektual Çempionatına qeydiyyat başldı.

Qeydiyyatdan keçmək istəyənlər 6 nəfərlik komandanın məlumatlarını aşağıda verilən linkə daxil olaraq anketə daxil etsin.

Digər iştirakçı universitetlərin tələbələrinin qeydiyyatını universitet daxili “İntellektual Oyunlar Klubu”ları aparacaq.

Qeyd edək ki, “Dostluq Kuboku” İntellektual Çempionatında 6 universiteti ( UNEC, BANM, ADA, DİA, ADNSU, DGKA) təmsil edən komandalar yarışacaq. Martın 5-i iştirakçı universitetlərin daxilində seçim turu təşkil olunacaq və ilk 3 yeri qazanmış komandalar 13 mart UNEC-də təşkil olunacaq Final yarışında qalibiyyət uğrunda mübarizə aparacaq. Çempionatın seçim turu “Nə? Harada? Nə zaman?”, finalı isə “Brain Ring” formatında təşkil olunacaq
Qeydiyyat üçün anket: http://goo.gl/forms/5Ngt6EfTMQ
Son qeydiyyat tarixi: 3 mart

Bir cavab yazın

Back to top button