Dövlət Mükafatları Komissiyasının məlumatı

Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2016-cı il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.
Komissiyanın ünvanı belədir: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-56-01. E-mail: [email protected]

Bir cavab yazın

Back to top button