19 Oktyabr 20:19

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar 1 oktyabr 2015-ci il tarixdən 30 oktyabr 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın“Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsiləqeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmək istəməyənlər və ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya“Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı kağız daşıyıcılarda şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) təqdim edə, ya da poçt vasitəsilə (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) göndərə bilərlər.

Əlaqə vasitələri: E-poçt: [email protected] , Telefon:(012) 465-87-93 (#467,#470,#202,#203,#124, #127, #128),(012) 465-34-71(qaynar xətt)

Bəyən və paylaş

Rəylər

rəy(lər)