3 Noyabr 09:19

Dövlət Qulluğunda yeni vakansiyalar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı 3 noyabr 2015-ci il tarixdən 2 dekabr 2015-ci il tarixdə saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyənlər vətəndaşlar sənədlərini 3 noyabr 2015-ci il tarixdən 23 noyabr 2015-ci il tarixdə saat 17:30-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması Komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə (müsabiqə üçün), şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Əlaqə vasitələri: E-poçt: [email protected] , Telefon:(012) 465-87-93 (#202,#203,#124, #127, #128,#467,#470),(012) 465-34-71(qaynar xətt)

Bəyən və paylaş

Rəylər

rəy(lər)