Dövlət Fitosanitar Nəzarəti Xidməti vəzifələrinin tutulması üçün müsahibə elan edir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti  Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyalarının torpaq, su və aqrokimyəvi maddələrin analizi, Bitki və bitkiçilik məhsullarının analizi, Bitkilərin ekspertizası şöbələrində vakant olan şöbə rəisi, baş aqrokimyaçı, baş entomoloq, baş fitopatoloq, aparıcı aqrokimyaçı,böyük aqrotexnikvəzifələrinin və rayonlar üzrə mütəxəssis qruplarında vakant olan baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edir.

Regional aqrokimya laboratoriyalarında mövcud vakant vəzifələrin tutulması üçün iddiaçılardan aşağıdakı şərtlər tələb olunur:

-müvafiq sahə üzrə ali ixtisas təhsili (aqrokimya, torpaqşünaslıq, kimya, biologiya, bitki mühafizəsi, aqronomluq);

– kompüter və dil biliklərinin olması;

– torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin  aparılması barədə məlumatının və təcrübəsinin olması;

– torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək, analizlərin nəticələrini təhlil etməyi bacarmaq və tövsiyələr hazırlamaq;

– məhsulların tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini müəyyən etməyi bacarmaq;

-zərərverici və xəstəliklərin inkişaf fenologiyası, entomofaqları, avadanlıq və cihazlardan istifadə qaydaları və texnologiyasını, onların iş prinsipini bilməli.

Regional aqrokimyalaboratoriyalarında vakant yerlərin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilərlər.

www.dfnx.gov.az 

Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, 7a, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.

Müraciətlər elektron qaydada da göndərilə bilər.

Əlaqə telefonları: (012) 562-82-24; (012) 562-85-57

 

Bir cavab yazın

Back to top button