Dövlət İmtahan Mərkəzində Baş mühasib və Mühasib vəzifələri üzrə vakansiyalar elan edilib
Vəzifənin adı: Baş mühasib
Aylıq vəzifə maaşı: 2500-3700 manat
Vəzifə funksiyaları:
Mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsi, hesablama texnikasının geniş tətbiq olunması, mühasibat uçotunun forma və metodlarının tətbiq edilməsi;
Əmlakın, habelə digər aktivlərin və öhdəliklərin uçotunun vaxtında və düzgün aparılmasının, hesabatın düzgün və vaxtında tərtib edilməsinin, maliyyə nəticələrinin uçotunun vaxtında lazımi instansiyalara təqdim edilməsinin təmin edilməsi;
Hər ay və hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarının yığılmasına nəzarət;
Maliyyə (IFRS), Statistika, DSMF, vergi, və s. hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsi;
Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması;
Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması;
Tabeliyində olan iki əməkdaşın işinə rəhbərlik edilməsi;
İmtahan və tədbirlərin rentabelliyinin hesablanması üçün xərc və gəlir mərkəzləri üzrə təfsilatlı uçot aparılması, xərc və gəlir topluların formalaşdırılması və tədbirlərə bölüşdürülməsi;
Mühasibat dövrünün bağlanılması, Vergi və Maliyyə uçot növləri üzrə tam dövriyyə-saldo cədvəllərinin aparılması;
Vergi planlanması və optimizasiyası;
Avtomatlaşmış uçot sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;
Mərkəzin Daxili auditi, Maliyyə hesabatlarının kənar auditi, və digər kənar maliyyə yoxlamalarının məlumat tələblərinin operativ və keyfiyyətli yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil;
Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı;
MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və maliyyə hesabatlarını yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından hesabatları formalaşdırmaqla istifadə təcrübəsi;
Beynəlxalq standartlara görə maliyyə hesabatlarını yığmaq bacarığı və bu sahədə tanınan peşəkar sertifikasiya;
Vergi qanunvericiliyi biliyi və mənfəət vergisi bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.
Xarici dil biliklərinə dair tələblər: İngilis, Rus.
İş şəraiti:
Tabeçiliyi – Maliyyə direktoruna
Full-time, yeni inzibati binada
Əmək haqqı, aylıq gross 2500-3700 (Xalis 2000-3000) manat aralığında
Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla
Həyat yığım sığortasından istifadə imkanı
Vəzifənin adı: Mühasib
Aylıq vəzifə maaşı: 1500-2300 manat
Vəzifə funksiyaları:
Təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə əsasən yazılışlarının aparılması;
Sahəsi üzrə əməliyyatların MMUS mühasibat hesablar planı üzrə sintetik uçotu;
Sahəsi üzrə əməliyyatların Müəssisənin gəlir və xərclər mərkəzləri strukturuna uyğun analitik uçotu;
Əməliyyatların yoxlanılaraq əməliyyat registrində uçota alınması (4 eyes principle);
Müvafiq sahə üzrə büdcə, gəlir və xərclər smetasının proqnozlarının hazırlanmasında iştirak edilməsi;
Sahəsi üzrə hər il arxivdə saxlanılması və ya məhv edilməsi üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirilməsi;
İventarizasiyada iştirak;
Təqdim edilmiş xidmət və mallara görə Hesab-fakturaların və elektron qaimə fakturalarının hazırlanıb göndərilməsi;
Alınan mal və xidmətlərə dair Hesab-fakturaların və alt sənədlərinin yoxlanılması;
ƏDV əməliyyatlarının, habelə ƏDV Depozit hesabının uçotunun və əvəzləşmə hesablamalarının aparılması, gələn və gedən elektron qaimələrə nəzarət.
Tələblər:
Ali təhsil;
Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı;
MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və hesabat yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından istifadə təcrübəsi;
Beynəlxalq standartlara görə peşəkar sertifikasiyalar;
Vergi qanunvericiliyi biliyi ƏDV bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.
Xarici dil biliklərinə dair tələblər: İngilis
İş şəraiti:
Tabeçiliyi – Baş mühasibə
Full-time, yeni inzibati binada
Əmək haqqı, aylıq gross 1500-2300 (Xalis 1200-1900) manat aralığında
Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla
Həyat yığım sığortasından istifadə imkanı
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2021-ci il noyabrın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur