Dövlət İmtahan Mərkəzində ilk onlayn beynəlxalq ingilis dili imtahanı

Dövlət İmtahan Mərkəzində ilk onlayn beynəlxalq ingilis dili imtahanı

Dövlət İmtahan Mərkəzi avqust ayından etibarən beynəlxalq ingilis dili imtahanının sertifikatını əldə etmək imkanını yaradır.

Namizəd LanguageCert International ESOL imtahanını həm kompüter üzərindən təyin olunmuş vaxtlarda DİM-də, həm də onlayn nəzarət ilə namizəd tərəfindən seçilən istənilən məkan və saatda verə bilər.

İmtahanın nəticələri 3 iş günü ərzində elan olunur və bir sıra ölkələrin (Böyük Britaniya, ABŞ, Almaniya, Çex Respublikası, Polşa və s.) müxtəlif universitetləri və qurumları tərəfindən rəsmi tanınır.

LanguageCert International ESOL imtahanlarının namizədlər üçün mövcud üstünlükləri:

  • Yazılı (dinləmə, oxu, yazı) və şifahi (danışıq) imtahanlarının birlikdə və ya ayrı-ayrılıqda verilməsi;
  • Hər iki imtahanı verən namizədlərə səviyyə üzrə bacarıqlarını təsdiq edən iki fərqli sertifikatın təqdim edilməsi;
  • Şifahi imtahan ünsiyyət bacarıqlarına əsaslandığına görə, imtahan üçün xüsusi hazırlığa ehtiyacın olmaması;
  • Yazılı və şifahi imtahanlar üzrə keçid balının 50% ilə müəyyən edilməsi;
  • Digər ingilis dili imtahanlarnan müqayisədə daha ucuz olması;
  • Sertifikatların etibarlılığı müddətsiz sayılması.

☑️ İmtahanlara qeydiyyat onlayn şəkildə DİM tərəfindən aparılır. Namizədlər DİM-də keçirilən LanguageCert International ESOL imtahanları haqqında daha ətraflı məlumatla tanış olaraq, qeydiyyat üçün [email protected] emailinə müraciət edə bilərlər.

 

Bir cavab yazın

Back to top button