Dövlət Məşğulluq Agentliyi fiziki əlilliyi olan şəxslər üçün işə qəbul elan edir

Dövlət Məşğulluq Agentliyi fiziki əlilliyi olan şəxslər üçün işə qəbul elan edir!
VAKANT İŞ YERİ: 1-22 saylı Ərazi Məşğulluq Mərkəzi filialları (Bakı və regionlar üzrə)
STRUKTURUN ADI: Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbə
VAKANT VƏZİFƏ: Mütəxəssis
ƏMƏK HAQQI: 800-1000 AZN
VƏZİFƏ FUNKSİYALARI:
– Ərazi məşğulluq mərkəzinə daxil olan sənədləri qəbul etmək, elektron informasiya sistemində qeydiyyata almaq, sənədlərin surətlərinin çıxarılması və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
– Ərazi məşğulluq mərkəzinin fəaliyyətilə bağlı daxil olan müraciətlərə qanunla müəyyən edilmiş qaydada baxılması üçün müvafiq tədbirlər görmək;
– Sənəd qovluqlarının düzgün formalaşdırılması, uçotu və onların saxlanma müddətlərinin müəyyən etmək;
– Ərazi məşğulluq mərkəzi üzrə kargüzarlığı müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
– Təhsil tələbi: Ali təhsil;
– İş stajı: İş təcrübəsi tələb olunmur;
– Dil bilikləri: dövlət dili (sərbəst)
– Kompüter bilikləri: “Microsoft Office” proqramları (orta səviyyədə)
Fiziki əlilliyi olan və göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə mütəxəssis yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Müraciət etmək üçün son tarix: 05.03.2021

Bir cavab yazın

Back to top button