Dövlət Məşğulluq Agentliyi işçi qəbulu elan edir

Dövlət Məşğulluq Agentliyi işçi qəbulu elan edir.

VAKANT İŞ YERİ: 17 Saylı Ərazi Məşğulluq mərkəzi (Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Laçın)

VAKANT VƏZİFƏLƏR: Mütəxəssis və orta idarəetmə vəzifələri
ƏMƏKHAQQI: 1100-1500 AZN

VƏZİFƏ FUNKSİYALARI:
-Mərkəzə müraciət edən şəxslərə aidiyyəti üzrə məşğulluq xidmətlərinin göstərilməsi;
-İşsiz şəxslərin özünüməşğulluğuna kömək məqsədilə onlara məsləhət və məlumatların verilməsi;
-Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
-Vətəndaşlardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması onların qəbul edilməsi;
-Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi;
-Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
-Ali təhsil; (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr)
-Vətəndaşlara xidmət və sosial sahədə iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
-Dövlət dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (arzuolunandır)
-“Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Namizədlər CV-lərini mövzu hissəsinə 17 Saylı Ərazi Məşğulluq Mərkəzi yazaraq [email protected] ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button