Dövlət Məşğulluq Agentliyi işçi qəbulu elan edir (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)
Dövlət Məşğulluq Agentliyi işçi qəbulu elan edir.
VAKANT İŞ YERİ: 16 Saylı Ərazi Məşğulluq mərkəzi (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)
VAKANT VƏZİFƏLƏR: Mütəxəssis və orta idarəetmə vəzifələri
ƏMƏKHAQQI: 1100-1500 AZN
VƏZİFƏ FUNKSİYALARI:
– Mərkəzə müraciət edən şəxslərə aidiyyəti üzrə məşğulluq xidmətlərinin göstərilməsi;
– İşsiz şəxslərin özünüməşğulluğuna kömək məqsədilə onlara məsləhət və məlumatların verilməsi;
– Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
– Vətəndaşlardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması onların qəbul edilməsi;
– Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi;
– Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
– Ali təhsil; (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr)
– Vətəndaşlara xidmət və sosial sahədə iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
– Dövlət dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (arzuolunandır)
-“Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Namizədlər CV-lərini mövzu hissəsinə 16 Saylı Ərazi Məşğulluq Mərkəzi yazaraq [email protected] ünvanına göndərə bilərlər.