Çərşənbə axşamı, 1 İyul, 2025

Dövlət Məşğulluq Agentliyi “İxtisas bələdçisi” adlı silsilə vebinarlara başlayır


  • Dərc edildi: 13 Avqust, 2021 - 01:23
Dövlət Məşğulluq Agentliyi “İxtisas bələdçisi” adlı silsilə vebinarlara başlayır

Dövlət Məşğulluq Agentliyi “İxtisas bələdçisi” adlı silsilə vebinarlara başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “İxtisas.az” platforması ilə birlikdə abituriyentlər və onların valideynlərinə ali təhsilmüəssisələrinəixtisas seçimi zamanı peşəyönümü məsləhət xidməti göstərilməsi məqsədilə “İxtisas bələdçisi” adlı silsilə vebinarlara başlayır.   Vebinar çərçivəsində iştirakçılara əmək bazarının cari vəziyyəti, gələcəyin peşə və ixtisasları, ixtisas seçimində valideynlərin rolu, düzgün ixtisas seçiminin aparılmas�
� mövzuları haqqında ətraflı məlumatlar veriləcək.   Spikerlərin çıxışından sonra ixtisas seçimi ilə bağlı abituriyentləri maraqlandıran suallar peşəyönümü mütəxəsissləri tərəfindən cavablandırılacaq.   Vebinarlar 16, 18, 20 avqust tarixlərində saat 19:30-da Zoom platforması üzərindən keçiriləcək və Agentliyin sosial media hesablarından canlı yayımlanacaq.   Nəzərdə tutulan vebinarların proqramı aşağıdakı kimidir:   - “Peşəni de, deyim sən kimsən” - spiker Toğrul Ələkbərov - “Niyə məhz IT mütəxəssisi?” - spiker Rasim Abdullayev - “Məktəbi bitirdim, kim olmaq istəyirəm?” - spiker Könül Əliyeva   Abituriyentlər Zoom platformasına daxil olaraq qeyd olunan ID nömrəni (560 410 6316)yazmaqla vebinara qoşula bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 32
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 18
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...