Dövlət Məşğulluq Agentliyi tərəfindən “İş Klubu” layihəsinə start verilir


Dövlət Məşğulluq Agentliyi tərəfindən “İş Klubu” layihəsinə start verilir





advertisement Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən peşəyönümü məsləhət xidmətini hədəf qruplarına daha əlçatan etmək məqsədi ilə “İş Klubu” layihəsinə start verilir.

 

Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq peşəyönümü məsləhət xidmətindən yararlanmaqla bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər.
advertisement
 

İştirakçılara əmək bazarının cari vəziyyəti, düzgün iş məqsədlərinin təyini, effektiv rezüme hazırlığı, istək məktubunun yazılma qaydaları, müsahibəyə hazırlıq, iş axtarışı alətləri ilə tanışlıq mövzuları barədə ətraflı məlumat veriləcək.

advertisement  

Layihə 4 həftə davam edəcək. Son müraciət tarixi 17 iyundur.

 
advertisement
Müraciət linki: shorturl.at/gmrE1

 

advertisement Layihədə aşağıdakı şəxslər iştirak edə bilər:

 

- iş tapmaqda çətinlik çəkənlər,
advertisement
- iş axtarışı barədə tam məlumatı olmayanlar,

- karyera planlamasında dəstəyə ehtiyac duyanlar.

advertisement  

İştirak üçün qeyd edilmiş onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına müsahibə mərhələsinə dəvət məktubu göndəriləcək.
_____________________________________________________________________________________________________________________


advertisement
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az



advertisement

İNSTAGRAM:@edumap.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az