15 Avqust 17:21

Dövlət Qulluğu imtahanlarına hazırlıq

Dövlət Qulluğuna qəbul

 

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanları A kateqoriyası və B kateqoriyası üzrə (hər bir kateqoriya üzrə 2 aydan bir) keçirilir. Test imtahanında iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçir. Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin portalında və dövlət orqanının internet saytında yerləşdirilir.

 

Dövlət Qulluğu imtahanlarına hazırlıq sahəsində kifayət qədər təcrübəsi olan LEAD Education Təhsil Mərkəzi bu imtahanlara hazırlaşmaq üçün xüsusi ENDİRİM kampaniyası ilə xidmətinizdədir. Hazırda Dövlət Qulluğu imtahanlarına hazırlıq üzrə yeni qruplarımıza qeydiyyat davam edir.

 

+ Peşəkar müəllim heyəti

+ Hər tələbəyə fərdi yanaşma

+ Mütəmadi mövzu və ümumi sınaqlar

+ Dərslər hər fəndən həftədə 2 dəfə, 1,5-2 saat olmaqla keçirilir

+ İlk dərs ödənişsizdir

 

Bu ay ərzində qeydiyyatdan keçənlərə 4 fənn paketi üçün endirimli qiymət 240 azn təşkil edir.


Dərslər Elmlər akademiyası və 28 may filiallarında keçiriləcək.

 

28 May filialı
Topçubaşov küç.74 (Qış parkının yanı)

(+994 12) 595 05 35

(+994 70) 576 05 35 

(+994 55) 576 05 35

Elmlər filialı
Məmməd Rahim küç.31A (Texniki Universitetlə üzbəüz)

(+994 55) 444 74 70
(+994 55) 254 01 18

Bəyən və paylaş

Rəylər

rəy(lər)