Dövlət Rəsm Qalereyası “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edəcək

Azərbaycan Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi İli” çərçivəsində “Yeddi Gözəl” adlı virtual sərgisi üçün əsər qəbulu elan edib.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə təşkil olunacaq.

Sərgidə iştirak etmək istəyən rəssamlar öz ad və soyadını qeyd etməklə, əsərin fotosunu məlumatları ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Əsərlərin qəbulu martın 1-dək aparılacaq.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.

Bir cavab yazın

Back to top button