Bazar ertəsi, 25 Avqust, 2025

DTA 2022-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir


  • Dərc edildi: 17 Mart, 2022 - 05:43
DTA 2022-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir

Dövlət Turizm Agentliyi martın 7-dən etibarən turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan edir.
Müsabiqənin məqsədi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsidir.
Müsabiqənin şərtlərinə əsasən təqdim olunmuş layihələrin icra müddəti səkkiz aydan, məbləğinin dəyəri isə otuz min manatdan çox olmamalıdır.
Qrant müsabiqəsində bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər iştirak etmək hüququna sahibdirlər.
Müsabiqə sənədləri müşayiətedici sənədlərlə birlikdə 7 aprel 2022-ci il, saat 18:00-dək[email protected]elektron poçt ünvanına göndərilməlidir.
İştirak üçün ümumi tələblər, mövzular, layihələrin təqdim olunmasına dair tələblər və digər məlumatlarla aşağıdakı fayla keçid edərək tanış ola bilərsiniz:https://bit.ly/3sBRYC9
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 494
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7378
Sumqayıt Dövlət Univ...