Dünəndən – Bu günə

Əziz yaradıcılar, mütəxəssislər və həvəskarlar!
20 May tarixində Dünəndən – Bu günə adlı yaradıcılıq sərgisi keçiriləcək. Sərgiyə iş vermək istəyən yaradıcıların nəzərinə:

Nümayiş olunacaq işlərin növünə, janrına, texnikasına, ölçüsünə və sayına məhdudiyyət qoyulmur. Sərgidə istər rəssamlar, istər heykəltəraşlar, istər fotoqraflar, istərsə də, memarlar iştirak edə bilərlər. Dünəndən – Bu günə fikrini ifadə etməsi şərti ilə mövzu sərbəstdir. Qeydiyyat email vasitəsilə olacaq və son qeydiyyat tarixi 15 maydır. Ad, soyad, əlaqə nömrəsi (bunlar əsasdır) və əgər hazırdısa sərgidə nümayiş olunmasını istədiyiniz işin rəsmi ilə birlikdə qeydiyyatdan keçənlər işləri Rəssamlar İttifaqına təhvil verməlidir. Son təhvil alma tarixi 16 maydır. Rəssamlar ittifaqında işlər bir daha nəzərdən keçirildikdən sonra uyğun olanlar qəbul olunacaq və yaradıcılara xəbər veriləcək. Qeydiyyatdan keçmək üçün, ad, soyad, əlaqə nömrəsi (bunlar əsasdır) və hazırdısa nümayiş olunmasını istədiyiniz işin rəsmini [email protected] email adresinə göndərməyiniz xahiş olunur. İşləri Rəssamlar İttifaqına təhvil verdikdən sonra əlaqə vasitələrindən hər hansı birinə ad, soyadla birgə “Təhvil verdim” deyə mesaj yazmağı unutmayın.

Ətraflı məlumat üçün:

(+994 50) 988 02 52
Facebook: Dünəndən Bu günə
İnstagram: sergi_dunenden_bugune
Email: [email protected]

Bir cavab yazın

Back to top button