7 Dekabr 12:10

“Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılacaq

Dekabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılır.

Dekabrın 13-dək davam edəcək sərgidə Rafiq Qəmbərov, Rauf Umud, Məhəmməd İsmayılov, Mirnaib Həsənoğlu və Vüqar İbadovun fotoları nümayiş olunacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)