“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda I elmi-praktik konfrans keçiriləcək

2016-cı il dekabrın 21 və 22-də BDU-nun Tarix fakültəsində Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda I elmi konfrans keçiriləcək.
Konfrans BDU-nun bakalavr, magistrant, doktorant, dissertant və elmi işçiləri üçün nəzərdə tutulub.

Tarixlər:
Konfransın elanı – 25 oktyabr 2016
Materialların qəbulu üçün son tarix – 28 noyabr 2016
Materialların qəbulunun elanı – 12 dekabr 2016
Proqramın elanı və materialların çapı – 12-19 dekabr 2016
Konfransın keçirilmə tarixi – 21-22 dekabr 2016

Konfransın mövzuları:
1. Azərbaycan Respublikası müstəqillik illərində
2. XIX-XXI əsrlərdə Azərbaycanın ərazisi və əhalisi
3. Dünya azərbaycanlılarının həmrəylik günü
4. Dünya azərbaycanlıları anlayışı: elmi-nəzəri baxış
5. Azərbaycan diasporu və fəaliyyət istiqamətləri
6. Dünya azərbaycanlılarının qurultayları
7. Azərbaycan mühacirəti
8. Tarixi Azərbaycan torpaqları: etno-siyasi, demoqrafik proseslər
9. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı,qaçqın və məcburi köçkünlər problemi
10. Azərbaycan diasporu və Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri

Konfransa təqdim edilən məqalələr “Dünya azərbaycanlıları: tarix və müasirlik” elmi-nəzəri toplunun V nömrəsində çap olunacaq.

Əlaqə üçün:
Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyası. III korpus, 1007-ci otaq.
Telefon: +9945370461
Email: [email protected]

Bir cavab yazın

Back to top button
Close