29 Aprel 17:14

Dünya İncəsənətinin Manqa Ustalaraı Katsuşika Hokusay

Görkəmli yapon rəssamı və qravüraçısı Katsuşika Hokusay yaradıcılığı, XIX əsr Avropa incəsənəti: ar-nuvo və fransız impressionizminə mühüm təsir göstərmişdir. Hokusayın əsərlərinin motiv və texniki üsulları, gərgin və əyri xəttləri dövrünün bir sıra rəssamlarının yaradıcılığı üçün xarakterik xüsusiyyətə çevrilir. Hokusay qravürlərinin tematikası Vinsent Van Qoqdan Pyer Ogyust Renuara qədər bir çox avropalı rəssamların yaradıcılığında mövcuddur. Hokusayın bir çox əsərləri, ayrı-ayrılıqda yalnız özünəməxsus bədii xarakteristikası və dünya incəsənətinə təsiri ilə deyil, eləcə də, Yaponiya mədəniyyəti və incəsənəti özündə əks etdirən məxəz kimi də dəyərlidir. Məsələn, “Hokusayın Manqa”sı , nəinki rəssamın yaradıcı fəlsəfəsini özündə əks etdirir, həmçinin bu rəsmlər “yapon xalqının ensklopediyası” hesab olunur.
Lektor – foto rəssam. Kurator, Artlogos klubunun spikeri Rüstəm Hüseynov.
Dünya incəsəntinin manqa sənətkarı: Hokusayın yaradıcılıq yolu

5 may saat 15:00-da

Azərbaycan Milli İncəsənət Muzeyi – Azerbaijan National Museum of Art

Bəyən və paylaş

Rəylər

rəy(lər)