4 Noyabr 12:45

Dünya Kubokunu Sən də Yaşa!

2016-cı il 19-21 fevral tarixlərində Bakı şəhərində İdman Gimnastikası üzrə “Challenge” seriyasına aid “AGF Trophy” Dünya Kuboku keçiriləcəkdir.

Dünya Kubokunun yüksək səviyyədə təşkil olunması məqsədilə Azərbaycan Gimnastika Federasiyası İdman Gimnastikası üzrə Dünya Kubokunun təşkilatçılığına cəlb olunmaq üçün könüllülərin qəbulunu elan edir.

Könüllülər Kubokda iştirak edəcək nümayəndə heyətləri ilə iş, yarışların katibliyi, tibbi xidmət, yarışların idarə olunması, akkreditasiya, mükafatlandırma və digər sahələr üzrə fəaliyyət göstərəcəklər.

İdman Gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək.

Bundan əlavə, bu tədbirdə iştirak edəcək gənclər 2016-cı ilin 5-6 mart və 22-24 iyul tarixlərində paytaxtda keçiriləcək Batut Gimnastikası və Bədii Gimnastika üzrə Dünya Kubokuna da müvafiq olaraq könüllü kimi qatılmaq fürsəti əldə edəcəklər.

Könüllü olmaq istəyən gənclər 23 noyabr 2015-ci il tarixinədək elektron ərizə formasını dolduraraq, müraciət edə bilərlər. Bu formanı aşağıda qeyd olunmuş internet səhifəsində görə bilərsiniz:

Qeydiyyat linki

Bəyən və paylaş

Rəylər

rəy(lər)