22 Oktyabr 20:02

“Dünya üçün görünməz göz yaşları” / Nikita Qrammatikov

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti yığıncağına dəvət edir.

Gələn çərşənbə axşamı gənc rusiyalı rejissor Nikita Qrammatikovun “Dünya üçün görünməz göz yaşları” adlı qısametrajlı filminə dəvətlisiniz.

Nikita Qrammatikov

Sankt-Peterburq Humanitar Həmkarlar İttifaqları Universitetinin incəsənət fakültəsini bitirib – multimedia proqramları rejissoru ixtisası üzrə təhsil alıb (2004-2009).
S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin kino və televiziya rejissorluğu fakültəsini bitirib – bədii film rejissoru ixtisası üzrə təhsil alıb (K.Q.Şahnazarov və O.B.Şuxerin emalatxanası, 2009-2012).
Filmoqrafiya:
“Morfeyin ağuşunda”, qısametrajlı film, 27 dəq., 2009-cu il
Roald Dahlın “Zəhər” hekayəsi əsasında ekranlaşdırılmış film.
“Sabahın xeyir”, kurs işi, 7 dəq., 2011-ci il
danışıqsız/nitqsiz (“lal”) etüd.
“Dünya üçün görünməz göz yaşları”, diplom işi, 11 dəq., 2012-ci il
A.P.Çexovun “Dünya üçün görünməz göz yaşları” hekayəsi əsasında ekranlaşdırılmış film.

Film rus dilində nümayiş etdiriləcək.
Vaxt: 27 oktyabr saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)