Dünya üçün "Qara Qutu" hazırlanır

Dünya üçün "Qara Qutu" hazırlanır   Avstraliyanın Tasmaniya əyalətində bir qrup tədqiqatçı, alim və sənətçinin rəhbərliyi ilə layihələndirilən və dünyanın “Qara qutu”su – “Earth’s Black Box” adlandırılan qutunun iqlim və iqlim böhranı mübarizəsi ilə bağlı hər bir inkişafı qeydə alacaq.   Təyyarə qəzalarında fəlakətə nəyin səbəb olduğu ilə bağlı məlumat əldə etmək üçün istifadə edilən qara qutulardan ilhamlanan binanın, iqlim böhranının səbəb ola biləcəyi , düşünülən qiyamətdən sonra nələr baş verdiyini və nəyin səhv getdiyini insanlara izah edəcək ipuçlarına sahib olacağı gözlənilir.   Kütləvi polad monolit materiallardan istifadə etməklə dizayn edilən strukturda günəş enerjisi ilə işləyən sərt disklər yerləşdiriləcək, onların hər birinə real vaxt rejimində elmi yenilikləri qeyd etmək və dünyanın üzləşdiyi bəzi ən qaranlıq problemlərin təhlili daxildir.   Qeydiyyat sisteminin məqsədi, sahib olacaqları konkret məlumatlar sayəsində planetin ölümünə səbəb olan hadisələrin qərəzsiz hesabını aparmaq və eyni səhvlərin təkrarlanmasının qarşısını almaq olacaq.   Dünyanın Qara Qutusu ümumilikdə iki növ məlumat toplayacaq;   Quru və dəniz temperaturu, okeanın turşulaşması, növlərin yox olması, insan sayı, hərbi xərclər, enerji istehlakı,   Qəzet başlıqlarında və sosial mediada mühüm hadisələr daxil olmaqla xəbərlərdən kontekstual məlumatları toplayacaq.   Artıq məlumatların qeydinə başlanılan layihənin internet saytında qeydiyyatdan keçərək, baş verənlərdən xəbərdar ola bilərsiniz, həmçinin İnstaqramda Qara Qutunu da izləyə bilərsiniz. Layihə tamamilə başa çatdıqda, böyüyən verilənlər bazası ilə bağlı məlumatları veb sayt vasitəsilə əldə edilə biləcəksiniz.     Earth Black Box veb saytı: https://lnkd.in/dqmarEAB Hazırladı: Edumap.az Təhsil Portalı
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az