12 Aprel 14:49

Dünya Uşaqlarının Gözü ilə

Onların gülüşünün dəyəri nə qədərdir?

 

Heç düşünmüşdünüzmü ki, sizin isti evdə oturub, hərcür naz neməti görən uşaqlarınız (Allah saxlasın hər birini!) imkansız ailələrdə olan öz balaca dostlarına yardım edə bilər? Həm də bunu təhsil almaqla edə bilər! Necə?

Koronavirusdan öncə öz səhifəmdə bölüşmüşdüm ki, sırf uşaqlar üçün Coğrafiya fənnini tamam başqa yöndən izah edən, 1 səyahətçinin gözü ilə dünyanı danışacağım seminar edəcəm. Seminarı hazırki dövrdə onlayn şəkildə vebinar formasında etmək qərarına gəldim. 3-9-cu sinif şagirdlərinə “Dünya uşaqların gözü ilə” 2 saatlıq vebinarını keçəcəm və vəd edirəm ki, onlarda Coğrafiya fənninə, Dünyaya, fərqli ölkələrə xüsusi maraq yaradacam. Proqramı 58 ölkədə, 6 qitə/materikdə səyahətlər zamanı çəkdiyim şəkil və videolar üzərindən interaktiv formada edəcəm. Vebinar 14 Aprel saat 17:00-da olacaq və təkrarına da növbəti 2 həftə ərzində oflayn baxa biləcəklər.

Bunu pulsuz edəcəkdim. Amma düşündüm ki, uşaqlarınızın təhsili üçün 5 AZN-inizdən keçərsiniz. Amma eyni zamanda da bu məbləği mənə deyil, imkansız ailələrin uşaqlarına vermiş olacaqsınız. Bugünlərdə Biganə Qalma, Xızır Baba kimi layihələr əjdaha işlər görür, imkansız ailələrə yardım etməklə. O yardımlar evlərə çatdırılan zaman balacaların gözləri paketlərdə olur ki, onlara görəsən nəisə gəlibmi. Ödənilən məbləğlərlə məhz həmin uşaqlara şirniyyatlar, öyrədici nağıllar kitabları və s alıb, həmin paketlərə daxil edəcik. Belə bir dövrdə onlara sürpriz edəcik. 😊

Bəs siz? Cəmi 5 AZN ödəməklə:

  • Uşaqlarınıza bugünlərdə Coğrafiyanı sevdirəcək, dünyaya marağı oyandıracaq 1 vebinar hədiyyə edəcəksiniz.
  • Heç zaman tanımadığınız, bəlkə də heç zaman rastlaşmayacağınız uşaqların üzündə isə təbəssüm yaradacaqsınız.

Buna dəyməzmi?

 

Təlimçi: Baba Ağayev. Vizam.az və Pickvisa.com Startaplarının Təsisçisi.

Qeydiyyat linki: https://backpack.az/tour/206

Edumap.az istifadəçiləri üçün 10%-lik endirim kuponu: EDUMAPUSERS742

Bəyən və paylaş