reklam

“Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı onlayn festivala start verilib

Bu il dahi şair və mütəfəkkir, qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tədbirlər planına əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir sıra layihə və tədbirlər həyata keçirir. AZƏRTACxəbər verir ki, kitabxananın təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyat xəzinəsinə çox dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilən cari ilin dekabrın 6–dan 10-dək keçiriləcək “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı onlayn festivala start verilib. Respublika Uşaq Kitabxanası 7-17 yaşarası uşaq və yeniyetmələri festivalda iştirak etməyə dəvət edir. Festival çərçivəsində “Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü, “Şairlər ustadı böyük Nizami” adlı şeir günü, “Nizami və musiqi dünyası” adlı musiqi günləri, “Söz mülkünün ustadı” adlı ailəvi - onlayn viktorina və “Söz sənəti mülkünün sultanı” adlı elmi konfrans keçiriləcək. İştirak etmək istəyənlər rəsmləri, şeir parçaları və musiqi ifalarını videotəqdimat formatında dekabrın 1-dək Respublika Uşaq Kitabxanasının elektron ünvanına göndərməlidirlər. Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin mütəfəkkir şairin sənətinin bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır. Festivalın şərtləri ilə ətraflı bu linkdən -https://www.clb.az/dnyada-sz-olmasa-ny-grk-dnc-adl-onlayn-festival_d3171.htmltanış olmaq olar.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az