12 May 22:48

Dünyada və Azərbaycanda qızların təhsili

Mayın 16-sı saat 13:00-da Bakı Winter Park otelində «Dünyada və Azərbaycanda qızların təhsili, problemlər və onların həlli yolları» mövzusunda seminar keçiriləcək

UNESCO-nun məlumatına əsasən, 6-17 yaş arası 130 milyon qız və gənc qadın məktəbə getmir. Bunlardan 15 milyonu ibtidai sinif şagirdlərinin yaş qrupuna aid qız uşaqlarıdır.

Azərbaycanın bölgələrində də qızların təhsil məsələlərində müəyyən problemlər mövcuddur. Son dövrlər müsbət dəyişikliklər nəzərə çarpsa da, bütövlükdə bu sahədə hələ də çətinliklər qalmaqdadır.

Seminarda Azərbaycanda və dünyada qızların və gənc qadınların təhsili sahəsində olan aktual problemlər, onların aradan qaldırılması yolları, habelə təhsilin keyfiyyətinin artırılması, müasir tələblərə uyğunlaşdırılması üsulları müzakirə olunacaq.

«Advanced Education»ın təşkilatçılığı ilə keçirilən tədbirin baş spikerləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Elm və Təhsil komitəsinin üzvü Sona Əliyeva, Beynəlxalq Sülh Elçiləri Təşkilatının 2019-2020–ci illər üçün Sülh Elçisi Məhəmməd Sari Alzou’bi və WoWoman qadınların inkişaf platformasının təsisçisi, Zara Hüseynova olacaq.

Təhsil, qadın hüquqları sahəsində çalışanlar və ümumiyyətlə bu mövzu ilə maraqlanan hər kəs tədbirə dəvətlidir.

Əlavə məlumat

Tel: 070 911 18 88

Mail: [email protected]

Qeydiyyat — advanced.az/qeydiyyat/

Bəyən və paylaş

Rəylər

rəy(lər)