“Dünyadan Azərbaycan necə görünür” adlı onlayn seminar keçirilib

Binəqədi Gənclər Evidən olan iştirakçılar tərəfindən həyata keçirilən „Milli Dəyərlərimiz“ təşəbbüsünün əsas məqsədi gənclər arasında milli dəyərlərin təbliğ olunmasına yönəlib. Təşəbbüs komandası avqustun 15-də “Dünyadan Azərbaycan necə görünür” adlı onlayn seminar təşkil edib.
Seminar zamanı milli dəyərlərimizin qorunması, tarixi abidələrimizi, milli musiqimizi və milli mətbəximizi necə təbliğ edə bilərik mövzuları ətrafında müzakirə aparılıb. Tədbir zamanı xaricdə təhsil alan və ölkəmizi təmsil edən fəal gənclər Azərbaycan mədəniyyətinin, tarixinin, mətbəxinin tanıdılması üçün uğurlu təcrübələrini paylaşıblar və iştirakçıların suallarını cavablandırıblar.
Bu təşəbbüs Unicef Azerbaijan-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Delegation of the European Union to Azerbaijan, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.

Bir cavab yazın

Back to top button