Dünyanın ən yaxşı universitetləri hansılardır? – SİYAHI (2015-2016)

Ali təhsillə bağlı məlumat və araşdırmalardan bəhs edən THE (“The Times Higher Education”) jurnalı 2015-2016-cı tədris ilinə aid siyahısında 800 universitetin adını açıqlayıb. Bala.az saytının məlumatına görə, ilk 10 yeri tutan ali təhsil ocaqları Amerika, İngiltərə universitetləri, bir də İsveçrənin Sürix universitetidir. Türkiyənin 11 universiteti də bu siyahıya düşüb.reytinq-uni2

İlk 10 yeri tutan universitetlər:

  1. Kaliforniya Texnologiya İnstitutu (ABŞ)
  2. Oksford Universiteti (İngiltərə)
  3. Stanford Universiteti (ABŞ)
  4. Kembric Universiteti (İngiltərə)
  5. Massaçusets Texnologiya İnstitutu –MİT (ABŞ)
  6. Harvard Universiteti (ABŞ)
  7. Prinston Universiteti (ABŞ)
  8. London İmperial Kolleci (İngiltərə)
  9. Sürix Ali Texniki Məktəbi –ETH (İsveçrə)
  10. Çikaqo Universiteti (ABŞ)

 

Əvvəlki illərlə müqayisədə sıralamada dəyişiklik var. Məsələn, Harvard Universiteti əvvəlki siyahıda 2-ci idi, bu siyahıda 6-cı yerə düşüb. Balkan, Baltikyanı, Asiya və Uzaq Şərqin bəzi universitetləri siyahıda yuxarı qalxıb. Buna səbəb, həmin ölkələrin təhsil sahəsində apardıqları islahatlardır.

 

reytinq-uni-edumaporg
şəkili böyütmək üçün üzərinə klikləyin

THE-nin siyahısında Türkiyənin 11 universitetinin adı çəkilir:

  1. Koç Universiteti (Özəl Universitet)
  2. Bilkent Universiteti (Özəl Universitet)
  3. Sabançı Universiteti (Özəl Universitet)
  4. Boğaziçi Universiteti (Dövlət Universiteti)
  5. Ortadoğu Texniki Universiteti –ODTÜ (Dövlət Universiteti)
  6. İstanbul Texniki Universiteti—İTÜ (Dövlət Universiteti)
  7. Anadolu Universiteti (Dövlət Universiteti)
  8. Erciyes Universiteti (Dövlət Universiteti)
  9. Hacettepe Universiteti (Dövlət Universiteti)
  10. İstanbul Universiteti (Dövlət Universiteti)
  11. Yıldız Texniki Universiteti—YTÜ (Dövlət Universiteti)

 

Edumap.az-un araşdırmasına görə siyahıya həmçinin Rusiyanın 13, Ukraynanın 2, Belarusiyanın 1 universiteti də düşüb. Təəssüflər olsun ki, Azərbaycanın heç bir universiteti siyahıya düşə bilməyib.

Siyahıya düşən Rusiya universitetləri:

rusiya1rusiya2

 

Siyahıya düşən Ukrayna universitetləri:

ukrayna

 

Siyahıya düşən Belarusiya universiteti:

belarusiya

 

Toğrul Bayramlı

—————————————————————————————————

Oxşar elan: HR təlimlərinə qeydiyyat başladı

—————————————————————————————————

Ucuz İELTS kursu axtarırsız? Onda klikləyin!

 

Bir cavab yazın

Back to top button