Bazar ertəsi, 25 Avqust, 2025

Dünyaya qayğı yeniyetmələrin gözü ilə!


  • Dərc edildi: 29 Aprel, 2022 - 06:13
Dünyaya qayğı yeniyetmələrin gözü ilə!

Dünyaya qayğı yeniyetmələrin gözü ilə!
Əziz uşaqlar!
Dünya Ətraf Mühit Gününə həsr olunmuş müsabiqəyə qoşulun və ətraf mühitin mühafizəsi barədə ictimaiyyətin məlumatlılığını artırmağa öz töhfənizi verin!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi (Delegation of the European Union to Azerbaijan) ilə birgə təşkil etdiyimiz ‘#OnlyOneEarth foto müsabiqəsində Azərbaycanda yaşayan 12-17 yaşlı bütün uşaqlar iştirak edə bilərlər.
Necə müraciət etmək olar: 2022-ci il mayın 9-na qədər bu anketi doldurun: https://forms.gle/PP8pFdnBrfAeBwrY9
Hər iştirakçıdan yalnız bir foto qəbul olunacaq. İnternetdən götürülmüş fotolar münsiflər heyətinin üzvləri tərəfindən qəbul OLUNMAYACAQ.
Bütün fotoşəkillər bu məqsədlə yaradılmış Seçki Komitəsi tərəfindən nəzərdən keçiriləcək.
Qaliblər orijinallıq, texniki bacarıq və ətraf mühitin mühafizəsinə aid şəxsi yanaşma əsasında seçiləcək.
İlk 3 yeri tutan fotoların müəllifləri kitab mağazasından 100, 70 və 50 manatlıq hədiyyə kartları və sertifikatlar alacaqlar. Daha 5 gənc iştirakçı xüsusi qeyd olunacaq və rəmzi hədiyyələr alacaqlar.
Müsabiqə nəticələri Dünya Ətraf Mühit gününə həsr olunmuş rəsmi tədbirdə açıqlanacaq.
*Bu müsabiqə Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “EU4Climate” layihəsi çərçivəsində təşkil olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 494
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7378
Sumqayıt Dövlət Univ...