“Dünyaya sülh gərəkdir!” adlı tədbir keçirilib

25 dekabr 2015-ci ildə Bakının Yasamal rayonunda yerləşən 13 saylı məktəbdə 2-ci sinif şagirdləri ilə ADU-nun ərəbşünas tələbələrinin birlikdə “Dünyaya sülh gərəkdir!” adlı möhtəşəm tədbiri keçirildi. Tədbirdə şagirdlər həm mahnı oxudular, şeirlər dedilər, dünyaya sanki “sülh istəyirik” adlı bir həzin səslə səsləndilər. Digər tərəfdən ADU-nun ərəbşünas tələbələri gözəl ərəb mahnıları ifa etməklə yanaşı, digər tələbələr də muğam və yerli xalq mahnıları ifa edərək, tədbirə gələn qonaqlara xoş an bəxş etdilər. 

2ebbe6de-3c3e-43df-b41e-a53c2140f410 189699e7-3897-452b-965f-55cab7635c77 ee8c3cce-48c7-4d67-9c55-5d0445845bb6

Bir cavab yazın

Back to top button