10 Fevral 07:51

“Düşüncəyə Tamaşa” layihəsinə qeydiyyat başladı!

Sən də Düşüncəyə Tamaşa de!
DVC-nin Milli Debat Proqramı çərçivəsində gənclərin arasında bədii və elmi ədəbiyyata marağın artırılması məqsədi ilə həyata keçirilən “Düşüncəyə Tamaşa” layihəsi iştirakçılar üçün qeydiyyatı açıq elan edir!
Layihədə iştirak haqqını 65 gənc qazanacaq. Onlar birlikdə müxtəlif kitablar oxumaq şansını əldə edə və kitab haqqında müzakirələr aparmaqla təhlil etmək qabiliyyətinə yiyələnə biləcəklər.

Belə ki, layihə çərçivəsində layihə rəhbəri tərəfindən təqdim olunan əsər (yerli və xarici ədəbiyyatdan seçmələr ola bilər) iştirakçıların ixtiyarına veriləcək. Gənclər əsəri təhlil edəcək və son nəticə olaraq öz düşüncələrini, qənaətlərini səssiz sinema şəklində, minimum 3, maximum 10 dəqiqə müddətində video-çarxlarda nümayiş etdirəcəklər. İştirakçılar komandalar şəklində fəaliyyət göstərəcəklər və onlara video-çarxların effektiv şəkildə çəkilməsi üçün təlim keçirələcək. Yekun tədbirdə hazırlanmış video-çarxlar 6 münsif heyəti tərəfindən qiymətləndiriləcək. Mükafatlandırma mərasimində qaliblər diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunacaq. İştirak haqqını qazanmış bütün gənclər sertifikatla təmin olunacaqlar.

Layihəyə qoşulmaqla siz:
• təhlil, analiz etmək qabiliyyətinə yiyələnəcəksiniz;
• bacarıqlarınızı nümayiş etdirərək öz istedadınızı üzə çıxartmağa nail olacaqsınız;
• komanda ilə işi öyrənəcəksiniz;
• yüksək motivasiya qazanacaqsınız;
• öz asudə vaxtınızı səmərəli keçirəcəksiniz;
• yeni dostlar qazanacaqsınız;
• zövq alacaqsınız.

Layihədə iştirak etmək üçün Bakı şəhərindəki ali təhsil müəssisələrinin tələbələri, mədəniyyət mərkəzlərinin üzvləri və debatçılar dəvətlidir.

Görüş 28 fevral tarixində baş tutacaq.

Qeydiyyat linki: http://goo.gl/forms/6mrgVueTCV
Son müraciət tarixi: 21.02.2016
Əlaqələndirici şəxs: Nilufər Həsənova
Vəzifə: Layihə rəhbəri
Mobil tel: +99455 210 29 31
E-mail: [email protected]

youthfoundation.az

Bəyən və paylaş