25 Oktyabr 20:40

“Düzgün CV və uğurlu gələcək”

Yaxşı şirkət, yüksək maaş, hörmət və rahatlıq. Belə gələcəyi bir çox gənc arzulayır. Lakin neçəsi bunun əvəzində “bədəl ödəməyə” hazırdır? Qərarınızı hələ də verməmisiniz, hədəflərinizi dəqiq bilmirsiniz, iri şirkətlərin sizdən nə istədiyini bilmirsiniz. Onların diqqət mərkəzində olmaq istəyirsiniz. Çox sadə səslənsə də, hər şey sizin CV-dən və onu necə tərtib etməyinizdən başlayır. İş təcrübəniz yoxdur və CV-yə nə yazacağınızı bilmirsiniz? Karyeranızda ilk addımı düzgün ata biləsiniz deyə, gənclərlə işləməyi sevən bir mütəxəssis sizə kömək etməyə razılıq verdi.
Təlimçi haqqında: Leyla Surxayzadə – 3 ildən çox Karyera Məsləhəti, Təlim və Kouçinqdə təcrübəsi var. Eastern Mediterranean Universitetində Bloomberg BAT Səfiridir. İnsan Resurslarının İdarə olunması sahəsində bakalavr dərəcəsi var. Eastern Mediterranean University-nin Karyera Mərkəzində təlim və seminar tədbirlərin təşkili vəzifəsində çalışmış, məzun tələbələrə karyera qurulmasında yardım etmişdir.BMT-nin, Norveçin Xarici İşlər nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsində təlimçi və kouç kimi fəaliyyəti nəticəsində 60-dan çox insan iş tapmışdır.

Ünvan: ATGTİ ofisi(28 May küçəsi 9/13 )

Tarix: 31.10.2015
Saat: 11:00
Əlaqə nömrəsi :0502573345r.

Bəyən və paylaş

Rəylər

rəy(lər)