Bazar ertəsi, 2 İyun, 2025

DVC və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı arasında memorandum imzalanıb


  • Dərc edildi: 21 İyun, 2021 - 06:24
DVC və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı arasında memorandum imzalanıb

DVC və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı arasında memorandum imzalanıb "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) və "Aqrar İnkişaf Könüllüləri İnkişafı" Təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu "Vətəndaş Cəmiyyətində Debat" İB-nin sədri Ülviyyə Axundova və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev imzalayıb. Memorandum tərəfdaşlar arasında birgə layihə və proqramların həyata keçirilməsi, iş təcrübəsinin öyrənilməsi məqsədilə DVC-nin aparıcı proqramlarından olan Milli Debat Proqramı çərçivəsində aqrar sahə üzrə debat yarışlarının, forumlarının, regionlarda fəaliyyət göstərən könüllülərin səlis nitq və fikri ifadə etmək bacarığının formalaşdırılmasına yönəldilmiş proqramların keçirilməsini nəzərdə tutur. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının əsas məqsədi aqrar sahənin i

nkişafı üçün çalışan könüllü cəmiyyətini formalaşdırılması, informasiya texnologiyaları üzrə könüllülərin təşəbbüslərinin dəstəklənməsi, o cümlədən, asudə vaxtlarının səmərəli inkişaf etdiririlməsi üçün birgə konfranslar, simpoziumlar, sərgilər və fəaliyyət istiqamətinə uyğun olaraq tədbirlərin keçirilməsi, gənclərin təcrübəli mütəxəssis kimi yetişməsinə bilavasitə təsir göstərir. "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) fəaliyyətdə olduğu 20 il ərzində yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin qabaqcıl proqramlarından biri olan Milli Debat Proqramı debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 12 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 137
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 187
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 100
XVIII Beynəlxalq Ast...